10 azərbaycanlı gənc müxtəlif sahələrdə dünyada uğur qazanıblar.
Medianews.az xəbər verir ki, weproject.media müxtəlif sahələrdə uğur qazanan azərbaycanlı gənclərin siyahısını tərtib edib.
Bu gənclər 30 yaşına qədər çalışdıqları sahələrdə böyük uğurlar qazanıblar.
Azərbaycanlı ixtiraçı Reyhan Camalova 2017-ci ildə qurulan “Reynerci” (Rainergy) StartAppının təsisçisidir.
Yağış suyundan enerji istehsalını nəzərdə tutan bu qurğunun prototipi hazırda 22 led lampanı işıqlandırır və 22 vatt enerji yaradır.
2018-ci ildə 15 yaşlı Reyhan Camalova “Rainergy” adlı layihəsi ilə “Forbes” jurnalının 30 yaşdan aşağı 30 asiyalı siyahısına düşüb.
Azərbaycan Dövlət İqtisad Universitetin 18 yaşlı tələbəsi, model Emil Qasımov 2018-ci ildə Tbilisidə keçirilən gözəllik müsabiqəsinin qalibi olub. Bundan sonra, o da “Forbes” jurnalının siyahısına düşüb.
Faiq və Rauf Mirzoev qardaşları uğur qazanan gənclərdəndir.
MDB ölkələrində məşhur olan əkiz qardaşların musiqili dueti böyük uğur qazanıb.
Rusiyada azərbaycanlı ailədə anadan olan qardaşlar göstərdikləri perfomansla məşhurlaşıblar. Onların babası azərbaycanlı opera müğənnisi, Bakı Teatrı və Operasının rejissorudur.
Əkizlər keçən il albom buraxıb və artıq iki konsert keçirib.
Jah Khalib ləqəbi ilə tanınan Bəxtiyar Məmmədov da gənc yaşında uğur qazanıb. Qazaxıstanlı rusdilli reper, müğənni, bitmeyker və prodüser.
Bəxtiyar Məmmədov 1993-cü il sentyabrın 29-da Almatı şəhərində anadan olub. Atası azərbaycanlı, anası isə qazaxdır. Uşaqlıqdan rep musiqisi ilə maraqlanıb.
Musiqi məktəbində saksofon sinfi üzrə təhsil alıb. Kurmanqazı adına Qazax Milli Konservatoriyasının musiqişünaslıq və menecment fakültəsini bitirib.
Gənc yaçşında müvəffəqiyyət qazanan gənclərdən biri də Rusiyada yaşayan azərbaycanlı bloqqer Hüseyn Həsənovdur.
“İnstagram” fenomeni olan Hüseyn Həsənov həmçini bizneslə də məşğul olur.
Gənclik dövründə uğur qazanan azərbaycanlılardan biri də Zərəngiz (Zara) Hüseynovadır.
Zərəngiz Hüseynova “Forbes” jurnalının 30 yaşdan aşağı “30 avropalı sosial sahibkarlar” siyahısında yer alıb. O, qazandığı uğurlu yoldan danışarkən maraqlı açıqlamaları ilə də mətbuatda gündəmdə qalmağı bacarıb:
“Cəmi 200 dollar pulum var idi və onu da məktəb illərində yığmışdım. Anam nəsə almağa iki manat verəndə bir manatını xərcləyirdim, bir manatını isə kənara qoyurdum.
Qısası, yığdığım pulla onlayn alış-veriş səhifəsi açmaq qərarına gəldim. Müştəridən 50 % beh alırdım, üstünü düzəldib paltar sifariş verirdim.
Nə ofisimiz var idi, nə bir şey. Metro qabağında müştərilərlə görüşürdük, kafedə bir kofe sifariş verib otururduq.
Hər saatda bir ofisant gəlirdi ki, “başqa nəsə istəmirsiz?” Sonra balaca bir ofis götürdük və yavaş-yavaş bu günlərə çatdıq”.
Azərbaycanlı gənc bir sahibkar Rasim Acarov da yeniyetməlik dövründə qazandığı uğurlarla diqqət mərkəzində olub.
Bir ildə dörd şirkət qurub: Young Business Factory, Oley.az, Georgia Sweet House, Cool Business
Gənc yaşlarında uğur qazanan azərbaycanlılardan biri də Emin Mahmudovdur.
Azərbaycan milli futbol komandasının və Neftçi PFK klubunun oyunçusudur. Azərbaycanın Saatlı rayonun Qara Nuru (keçmiş Krasnoselsk) kəndində doğulub.
Emin Mahmudov futbol həyatına “Saturn”un uşaq komandası olan “Master-Saturn”da başlayıb.
Rusiya vətəndaşlığını daşıyan 1992-ci il təvəllüdlü futbolçu 2009-cu ildə “Saturn”un əvəzedici heyətində daim oynaması ilə diqqət çəkib.
Artıq əsas komandaya cəlb olunan Emin 2010-cu ilin yanvar ayında Sankt-Peterburq şəhərində Vladimir Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə karyerasında ilk uğurlarını qazanıb.
Azərbaycandan kənarda çalışıb ölkəmiz adına uğur qazanan həmvətənlərimizdən biri də “Twitter” şəbəkəsində davam etdirən Tural Bədirxanlıdır.
Amerika Birləşmiş Ştatlarında Masaçusets Texnologiya İnstitutunun məzunu olan Tural digər iki həmkarı ilə birlikdə “Namo Media” interaktiv reklam proqramını yaradıb və onu çox yüksək məbləğ müqabilində “Twitter”ə satmaqla özündən söz etdirməyi bacarıb.
Hazırda Nyu-Yorkda yaşayan Tural Bədirxanlı 1986-cı il yanvarın 21-də Quba şəhərində müəllim ailəsində doğulub.
İlk təhsilini bu şəhərdəki Zaur Cəfərov adına 3 saylı tam orta məktəbdə alıb. Sonra təhsilini Quba Özəl Türk Liseyində davam etdirib.
Tural Bədirxanlı liseydə təhsil alarkən fizika elminə olan xüsusi marağı ilə seçilib. 2002-ci ildə İndoneziyada keçirilən 33-cü Fizika olimpiadasında müvəffəqiyyətlə iştirak edib. Azərbaycan komandası olimpiadadan Vətənə 3 qızıl və 1 gümüş medalla dönüb ki, qızıl medallardan birini də məhz Tural Bədirxanlı qazanıb.
Rusiyada tanınmış musiqiçilərdən olan pianoçu Riad Məmmədov da gənc yaşlarında uğur qazanan həmvətənlərimizdəndir.
Qeyd edək ki, Riad Məmmədov Azərbaycanın Əməkdar rəssamı Tahir Məmmədovun oğludur.
Caz-muğamının bütün dünyada cəmi bir neçə professional ifaçısı var ki, onlardan biri də bu musiqi janrını təkcə praktiki deyil, həm də elmi cəhətdən təqdim edən Riad Məmmədovdur.