İranlıları ağladan görüntü - 13 yaşlı qızı zorla ərə verirlər - VİDEO

İranda 13 yaşlı qız zorla ərə verilib.

BAKU.WS xəbər verir ki, bu barədə iranlı jurnalist Masih Əlinejad “Twitter” hesabında yazıb.

Jurnalist azyaşlı qızın nikah mərasimindən çəkilən video paylaşıb. Masih Əlinejad bildirib ki, ərə gedən qızın yaşı 13-dən azdır və bu da İslam qanunlarına ziddir.

Jurnalist bildirib ki, şəriət qanunları ilə 13 yaşlı qızların evlənməsinə icazə verilir. Lakin onların özləri üçün paltar seçməyinə icazə verilmir.

Jurnalistin bu paylaşımı çoxsaylı etirazlara səbəb olub. Rekord sayda izlənilən video tənqid edilib. Çoxu bu hala və azyaşlı qızın halına yanıb. Bəziləri görüntüləri gözyaşları içərisində izlədiyini bildirib.

Загрузка...