Bulvarda intihar hadisəsi baş verib
AZXEBER.COM xəbər verir ki, bulvarda kişi özünü dənizə ataraq intihar edib. Hadisə yerində olan Azərbaycan – Polşa Gənclər Birliyinin sədri Cavid Zeynalov dənizə atılaraq, gənci ölümdən xilas edib. O həyatını riskə ataraq, gəncə yardım edib. Daha sonra Fövqaladə Hallar Nazirliyinin əməkdaşları gənci sudan çıxarıb.
Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir. Cavid Zeynalovun bu addımı alqışla qarşılanıb.
Faktla bağlı araşdırma aparılır.