İspaniyanın “Super Hollywood Orchestra” rəqs qrupunun 30 yaşlı rəqqası Coana Sayns (Joana Sainz) səhnədə faciəli şəkildə vəfat edib.

Ansamblın rəqsi zamanı səhnədə priotexniki vasitələrlə şou nümayiş olunub.

Fişənglərdən birinin partlaması nəticəsində onun içindəki vasitələr Coananın qarın nahiyyəsini ölümcül yaralayıb.

İlkin ehtimala görə, şirkət priotexniki vasitənin istehsalı zamanı səhvə yol verib. Fişəngin içinə səhvən başqa maddələr doldurulub və nəticədə partlayış qaçılmaz olub.

Məlumata görə, hadisə zamanı səhnədə 15 rəqqas olub. Digərləri xəsarət almayıb.

Polis hadisə ilə bağlı araşdırmalar aparır.

Загрузка...