İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə toy mərasimində olub.
Belə ki, İmişli rayonunun Mirmahmudlu kənd sakinləri, 1984-cü il təvəllüdlü Hüseynov Ağalar Vaqif oğlu və 1981-ci il təvəllüdlü Hüseynov Ehtiram Ramin oğlu bıçaq yaraları ilə İmişli rayon xəstəxanasına yerləşdirilib.
Hadisə barədə əlavə məlumat veriləcək.