Xaçmazda şadlıq sarayının qarşısında dava düşüb.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, toydan çıxan, bir neçə şəxs arasında baş verən mübahisə bir nəfəri xəstəxanalıq edib.

Əraziyə gələn Xaçmaz Təcili tibbi yardım xidmətinin əməkdaşları xəsarət alan Şabran sakini 34 yaşlı İslam Əliyevi dərhal Xaçmaz Mərkəzi rayon xəstəxanasına çatdırıblar.

Kəsici alətlə xəsarət alan şəxsin xeyli qan itirdiyi və vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Загрузка...