Azərbaycanlı qız Arzu erməni oğlan Armenlə evləndi

Gürcüstanda yaşayan azərbaycalı qızla erməni oğlan ailə həyatı qurub.

Medianews.az haqqın.az-a istinadla xəbər verir ki, bu barədə gürcü yazıçısı Mariam Saradjişvili yazıb.

Yazıçı bildirib ki, cütlük məktəbdə bir sinifdə oxuyub. Arzu və Armenin bu sevgisi Azərbaycan-Ermənistan arasındakı münaqişəyə baxmayaraq xoş sonluqla bitib.

İki gəncin ailələri bu münasibətə müsbət baxmayıb. Ancaq cütlük sona qədər mübarizə aparıb və sonda ailə həyatı qurub.

Onların bir oğlu olub və adını da Arzunun babasının şərəfinə Rəşid qoyublar.

Yeni doğulan uşaq ailələr arasında barışıq olmasına gətirib çıxarıb.

Загрузка...