Bakı metrosunun qarşısında biabırçı mənzərə - VİDEO

Son vaxtlar Bakı meriyası şəhərin təmiz saxlanılması məqsədilə müəyyən tədbirlərə başlasa da, hələlik görülən işlərin nəticəsini uğurlu saymaq olmaz.

Çünki hələ də əvvəlki illərdə olduğu kimi şəhərin mərkəzində zibil əlindən tərpənmək olmur.

Belə məkanlardan biri “Nərimanov” metrostansiyası yaxınlığıdır. Bu ərazinin sakinləri də zibillikdən şikayətlənirlər.

Vətəndaşların BAKU.WS-in “qaynar xətti”nə göndərdikləri görüntülərdən də şikayətlərin əsaslı olduğu aydın görünür.

Belə ki, metronun çıxışı, kafelərin qabağı zibillə doludur. Həmin biabırçı mənzərəni təqdim edirik.

Загрузка...