Alp dağlarında təyyarə qəzası baş verib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, hadisə Simplon aşırımında qeydə alınıb.

Yerli polisin saytının yaydığı məlumata görə, İtaliya istiqamətində uçan yüngül mühərrikli təyyarə “Piper” aşırıma düşüb və yanıb. Qəza zamanı pilot və 2 sərnişin həlak olub. Ölənlərdən birinin uşaq olduğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı təhqiqat aparılır.

Загрузка...