ABŞ-ın eks prezidenti 58 yaşlı Barak Obama və 55 yaşlı həyat yoldaşı Mişel Massaçusets ştatındakı Martas Vinyard adasında mənzərəli mülk sahibi olmağa qərar veriblər.

ABŞ-ın keçmiş prezidenti və ölkənin keçmiş birinci xanımı mülkü almaq üşün təxminən 15 milyon dollar dəyərində saziş bağlayıblar.

TMZ-nın yaydığı məlumata görə, alış-veriş prosesi hələ başa çatmayıb, lakin əməliyyatın baş tutma faizi yüksəkdir.

Cütlük Barak prezident olduğu zaman Martas Vinyardda istirahət edib. Bu yay da onlar adada bir ev kirayə götürüb. İndi isə kirayə götürdükləri mülkün tam sahibləri olmağa qərar veriblər.

Evin türbəli tavanı və daş sobası olan qonaq otağı, mətbəxi, böyük pəncərələri olan yemək otağı, açıq terras və qarşısında hovuzu var.

Qeyd edək ki, Barak və Mişel Obama cütlüyünün ümumi sərvəti 135 milyon dollardır. Siyasətçi ABŞ-ın bütün keçmiş prezidentləri kimi pensiya alır, gəliri isə çıxışlardan və kitabların nəşrindən qazanır.

Məsələn, Mişel Obamanın “Becoming” adlı kitabı tez bir zamanda ən çox satılan kitablar sırasına düşüb.

Eləcə də ailənin büdcəsini müxtəlif film çəkilişləri doldurur. May ayında Obamanın dünyaca məşhur “Netflix” şirkəti ilə əlaqəsi barədə məlumatlar mediaya sızıb.

Obamalar 15 milyon dollara mülk alır - FOTOObamalar 15 milyon dollara mülk alır - FOTO

Загрузка...