Türkiyənin Kırıkkale şəhərində yaşanmış cinayət hadisəsini əks etdirən kadrlar izləyənləri dəhşətə gətirib.
Minval.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, kafelərdən birində övladı ilə yemək yeyən Əminə Bulud 4 il əvvəl boşandığı həyat yoldaşı tərəfindən bıçaqlanıb. Belə ki, eks-əri Fedai Baran 10 yaşlı qızının gözü qarşısında onun boğazını kəsib.
Sözügedən kadrlarda mərhum boğazını tutaraq ölmək istəmədiyini söyləyir. Hadisənin şokunda olan 10 yaşlı qızı isə ona yaxınlaşaraq “ana, nə olar ölmə!”, – deyir.
Ölkənin gündəmini bu hadisə zəbt edib. Hətta futbol klubları, məşhurlar, siyasətçilər belə rəsmi hesablarından cinayətkarın cəzasını almasını tələb edərək, oxşar hadisələrin qarşısını almağa çağırış ediblər.