Bakıda “Range Rover” parka girdi - VİDEO

Bakıda baş verən dəhşətli qəza kameraya düşüb.

BAKU.WS “avtosfer.az”a istinadən xəbər verir ki, 10 DA 002 dövlət nömrə nişanlı, “Range Rover” markalı avtomobil sürətlə hərəkət etdiyi zaman idarəetməni itirərək parka girir.

Zərbənin gücündən parkın ətrafına çəkilmiş dəmir hasar uçur. Ərtafı toz-duman bürüyür.

Görüntüləri təqdim edirik.

Qeyd edək ki, qəza iyul ayının 25-də baş verib.

Загрузка...