Binəqədidə mağazaladan 20 min manatlıq avtomobil təkəri oğurlanıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 20-də rayon ərazisindəki mağazaların birindən 20000 manat dəyərində 150 ədəd avtomobil təkəri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri A.Rəhimov, X.Sadıqov və Ağstafa rayon sakini M.Əliyev saxlanılıblar.