Azərbaycanlı müğənninin evini soydular

Müğənni Günel Məhərrəmovanın evini soyublar.

Axşam.az xəbər verir ki, sənətçi bu haqda “5/5” verilişində deyib. O bildirib ki, oğrular bütün əşyaları götürüblər:

“İki aydır polis idarələrində qalmışam. Girib, evi yarıblar. Hər şey – televizorları, əşyaları, kombini belə söküb aparıblar”.

Загрузка...