“”Avtostop” verilişinin aparıcısı Tural Yusifov Jurnalistika ixtisasına qəbul olmuş və maddi durumu çox zəif olduğu üçün qeydiyyatdan keçməkdə çətinlik çəkən Zeynəbin növbəti il üçün nəzərdə tutulan 1500 manat təhsil haqqı ödənişini kart hesabımıza köçürdü”.
Minval.info xəbər verir ki, bu sözləri Azərbaycan Dillər Universitetinin mətbuat katibi Şahin sərdarlı sosial şəbəkədə yazıb. O bildirib ki, Zeynəb haqqında paylaşım etdikdən sonra ona yardım edənlərin sayı çoxalıb: “Paylaşdığımız elandan sonra Zeynəbin birinci kurs üçün nəzərdə tutulmuş 1500 manat məbləğində təhsil haqqı bu gün ərzində toplanmışdı. Tural bəyin də dəstəyi sayəsində tələbəmizin 2-ci kurs üçün nəzərdə tutulmuş təhsilhaqqı da tamamlandı.
Həmçinin adının hallandırılmasını istəməyən bir şəxs də Zeynəbə 4 il boyunca hər ay 100 manat məbləğində təqaüd verəcək. Bundan başqa ADU Tələbə Həmkarlar İttifaqı Komitəsi tələbəni yataqxana və pulsuz yemək talonları ilə təmin edəcək”.
Qeyd esək ki, Zeynəb hazırlığa getmədən öz biliyi ilə jurnalistika ixtisasına qəbul olub. Onun nənəsi Hacı Mərzan xanım da Astara qəzetində işləyib. Astarada yaşayırlar.
Abituriyentin atası yoxdur, anası yataq xəstəsidir. 3 övladdırlar, hər üçünü də nənəsi böyüdüb. Maddi imkanları çox aşağıdır. Aylıq 200 manat civarında pensiya ilə dolanırlar.