Tanınmış biznesmen Araz Ağalarovun qardaşı qızı, iş qadını Səbinə Ağalarovanın Rusiyadakı evi qarət olunub.

BAKU.WS REN TV-yə istinadən xəbər verir ki, Leninsk prospektində yerləşən mənzildən 1 milyon rubl (26 min AZN), 25000 ABŞ dolları oğurlanıb.

Bundan başqa, oğrular Səbinə Ağalarovanın 2 ədəd xəz paltosunu aparıblar.

Maraqlı orasındadır ki, oğurluq edənlər xanımın qızıl və qiymətli bəzək əşyalarına dəyməyiblər.

Faktla bağlı Rusiya polisi araşdırmalara başlayıb.

Загрузка...