Pilot Rəşad Atakişiyevlə vida mərasimi keçirilib - FOTO

Plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində vida mərasimi keçirilib.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

***

Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevlə vida mərasimi başlayıb.

APA xəbər verir ki, pilotla vida mərasimi Yeni Yasamaldakı evinin həyətində keçirilir. Saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla rəsmi vida mərasimi keçirilib. Pilot daha sonra II Fəxri Xiyabanda dəfn edilib.

Mərhumun qayınatası, politoloq Qabil Hüseynli APA-ya bildirib ki, ötən gün səsləndirdiyi fikirlər yanlış anlaşılıb: “Bugünkü tədbir dövlət tədbiri olduğu üçün bildirdim ki, buradan siyasi məqsədlər üçün istifadə olunmasın. Sabah isə Heydər Məscidində saat 12-də 3 və 7 mərasimi keçiriləcək. Orada hər kəs iştirak edə bilər”.

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Avqustun 20-də MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi tapılaraq dənizdən çıxarılıb.

Загрузка...