Özbəkistan öz milli valyutasını – somu üzən məzənnəyə buraxmağa hazırlaşır. Özbəkistan Mərkəzi Bankı bu gün avqustun 20-də bildirib ki, “iqtisadi zərurətə görə məzənnə bundan sonrayalnız alıcılar və satıcılar arasındakı mübadiləyə əsaslanacaq”.

Özbəkistan da qonşusu Tacikistan kimi Rusiyada işləyən miqrantların vətənə göndərdikləri pullardan asılıdır. Bu, hər iki ölkəni Rusiya rublunun kursundan asılı vəziyyətə salır.

Tacikistan da bu gün-Özbəkistandan əvvəl milli valyutanın məzənnəsini sərbəstləşdirib.

Avqustun 20-dən başlayaraq Özbəkistanın bütün kommersiya bankları müştərilərə xarici valyutanın satışına başlayıb. Özbəkistanın Mərkəzi Bankı bildirib ki, somun məzənnəsi qeyri-sabitdir və hökumət bu məzənnəyə kənar faktorların təsirinin yumşaldılması üçün tədbirlər görəcək.

Ekspertlərin fikrincə beləliklə, Özbəkistanın yeni prezidenti Şövkət Mirziyoyev ölkə iqtisadiyyatının sərbəstlərşdirilməsi üçün növbəti addımını atmış olub.

Özbəkistanda bu günədək banklar xarici valyuta satmırdılar. Lakin onlar vətəndaşlardan xarici valyuta almaqda davam edirdilər. Xəbər verilir ki, Mərkəzi Bankın addımı somun məzənnəsini kəskin aşağı salıb. Hazırda 1 dollar 9384 somdur. Bu, bir gün əvvəlki məzənnədən 323 som bahadır.

Ümumiyyətlə isə som avqustun 1-dən bəri ABŞ dollarına nisbətdə çəkisinin 10 faizini itirib.

Tacikistan hökuməti də avqustun 20-də milli valyuta somoninin məzənnəsini aşağı salıb. Hazırda 1 dollar 9, 7 somonidir. Hökumət bildirir ki, bu tədbir dolların rəsmi məzənnəsi ilə qara bazar məzənnəsi arasındakı fərqi azaltmaq üçündür./Virtualaz.org/

Загрузка...