Birləşmiş Ştatlar Orta və Yaxın Mənzilli Raketlərin Ləğvinə dair Müqavilə ilə qadağan olunmuş nüvə olmayan yerüstü qanadlı raketini sınaqdan keçirib.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə idarəsinə istinadən RİA “Novosti” məlumat yayıb.

Sınaq avqustun 18-də baş tutub.

“Müdafiə Nazirliyi Kaliforniya ştatı, Nikolas adasında adi (nüvəsiz) konfiqurasiyalı yerüstü qanadlı raketin uçuş sınaqlarını həyata keçirib”, – deyə məlumatda qeyd olunub.

Загрузка...