Şirvanda binanın eyvanı uçması nəticəsində bir nəfər xəsarət alıb.

Oxu.Az xəbər verir ki, Şirvan şəhərində, Nərimanov küçəsi 9, mənzil 19 ünvanında yerləşən dördmərtəbəli binanın üçüncü mərtəbəsində eyvan uçub.

Eyvanın uçması nəticəsində orda olan 1954-cü il təvəllüdlü Şirinova Lətifə Rəsul qızı alt mərtəbənin eyvanına düşərək uçqunun altında qalıb.

Hadisə nəticəsində L.Şirinova sınıq xəsarətləri ilə Şirvan şəhər Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.

L.Şirinovanın qızı, 1983-cü il təvəllüdlü Şirinova Yeganə Əkbər qızı isə Şirvan Şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən xilas edilib.

Faktla Bağlı Araşdırma aparılır.

Загрузка...