ABŞ-ın Luiziana ştatının Yeni Orlean şəhərində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

“Rosbalt”ın xəbərinə əsasən, həmin vaxt “Fox 8” kanalı təyyarədən reportaj lentə alırmış.

Kanalın məşhur siamalarından biri olan Nensi Parker adlı aparıcı bir neçə çətin tryuku həyata keçirməyə hazırlaşan pilot Frenk Auqustus haqqında süjet hazırlamaq istəyib.

Manevrlərdən birini həyata keçirəndə pilot idarəetməni itirib.

Qeyd edilir ki, ikinəfərlik təyyarə qəzadan sonra od tutub. Heç kəs sağ qalmayıb.

Qəzanın dəqiq səbəbi araşdırılır.

Загрузка...