Adətən, meyxana deyiləndə ağlımıza kişi peşəsi gəlir. Bir qadının kişi məclisinə daxil olaraq söz deməsi bir çoxları tərəfindən qəbul olunmur.

Ancaq bu işlə məşğul olan xanımlar da var. Onlar arasında tanınmışlardan biri də Zarina Buzovnalıdır.

Baku TV-nin əməkdaşları meyxanaçı xanımdan müsahibə alıb.

Xüsusilə musiqili meyxana deyən Zarina bildirib ki, nə qədər istəsələr, kişi məclisində meyxana deyər, amma qadın məclisində yox:

“Kişi toylarında meyxana demək çətin deyil”.

Daha çox zindan həyatı barədə meyxana deyən Zarinanı bu mövzuya bağlayan da qardaşının uzun illərdir məhbus həyatı yaşamasıdır. Heç vaxt sponsoru olmayan Zarina deyir:

“Mənə sponsorluq edən qələt eləyər”.

Загрузка...