Keçmişdə dünyanın dördbir tərəfinə uzanan karvan yolları qədim Bərdə körpüsündən keçirmiş.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, körpü X-XI əsrlərdə tikilib və 15 tağdan ibarət olub.

Tərtər çayı üzərində yerləşən körpü Azərbaycanda nadir tarixi abidələrdəndir ki, qalıqları bu günümüzə qədər gəlib çatıb. Körpü, əsasən, çay daşlarından, üst hissəsi isə qırmızı kərpicdən hörülüb. Özülü çox aşırımlı dayaqlar üzərində qurulub.

Tarixi körpünün istiqamətindən də görünür ki, Tərtər çayı keçmişdə indiki yatağı ilə deyil, tamam fərqli məcrada axıb.

Bərdə şəhərinin qədim hissəsi orta əsrlərdə olduğu kimi, müdafiə məqsədi daşıyan qala divarları ilə əhatə olunub. Körpünün üzərindəki hərəkət istiqamətindən də görünür ki, şəhərin qala qapıları Şərqə doğru açılıb.

Çox güman ki, Bərdə şəhərinin bir neçə istiqamətə – Gəncə tərəfə və Ağdama doğru qala qapıları olub. X əsr ərəb tarixçiləri İbn Havqəl, Əl-İstəxri və başqalarının əsərlərində də bu barədə məlumatlar var.

Bərdə Regional Turizm İnformasiya Mərkəzindən bildirib ki, Bərdə körpüsü tarixi abidə kimi qorunan maddi mədəniyyət nümunələri sırasındadır. 2015-ci ildə tarixi abidənin ərazisində abadlıq-quruculuq işləri aparılıb, park bulvar sistemi yaradılıb.

Tərtər çayı üzərindəki qədim körpü - FOTO

Tərtər çayı üzərindəki qədim körpü - FOTO

Tərtər çayı üzərindəki qədim körpü - FOTO

Загрузка...