Məşhur aktyor və döyüş ustası Brüs Linin qızı Şennon Li rejissor Kventin Tarantinonu yenidən tənqid edib.

BAKU.WS xəbər verir ki, bu barədə “Variety” portalı yazıb.

Şennon Lini özündən çıxaran rejissoru Kventin Tarantino olan “Bir dəfə Hollivudda” filmində Brüs Linin aşağılanması olub. Belə ki, filmin səhnələrinin birində Brüs Li döyüş sənəti sahəsində bacarığı ilə öyünür və ətrafdakıları inandırır ki, Məhəmməd Əlinin üzərində asanlıqla qələbə qazanacaq. Daha sonra döyüş zamanı Brüs Li asanlıqla məğlub olur və onu maşına atrılar.

Filmdəki səhnədən narahat olan məşhur aktyorun qızı məhz buna görə amerikalı rejissora etiraz edib: “O, sadəcə səsini kəsə bilərdi. Bu çox yaxşı olardı. Və ya o, üzr istəyə bilərdi, yaxud sadəcə deyə bilərdi ki, əslində mən Brüs Lini tanımıram. Mən bunu öz kinom üçün etmişəm”.

Загрузка...