Ötən il Moskvada rus gözəli ilə evlənən və qəfildən boşanma qərarı verən Malayziya kralı 5-ci Məhəmməd barəsində maraqlı məlumatlar yayılıb. Rusiya mətbuatının məlumatına görə, kral yaxın qohumlarının təkidi və məsləhəti ilə gəlin namizədlə evlənməyə hazırlaşır.

27 yaşlı Rusiya gözəli Oksana Voyevodina kralın hansı səbəbdən qəfil boşanma qərarını verdiyini, ona qarşı soyuq münasibətin nədən qaynaqladığını anlamadığını bildirib. Bu barədə Rusiya mətbuatına danışan Oksana həmçinin qeyd edib ki, boşanma ilə bağlı ərizə ona çatdırılmayıb. Mətbuatın yazdığına görə, Oksana hazırda kraldan olan oğlu Leonu kralın kirayələdiyi lüks villada böyüdür. Oksananın yaxın rəfiqəsi Tatyana isə bildirib ki, Oksananın hazırda əhvalı yaxşıdır, daha çox oğlu ilə məşğuldur, hamiləlik dövründə keçirdiyi stressləri unutmağa çalışır. Oksana da sosial mediada, demək olar ki, yalnız oğlu ilə bağlı paylaşımlar edir.

Qeyd edək ki, kral Oksana ilə evlənəndən bir müddət sonra öz taxtından imtina etmişdi. Yayılan məlumata görə, kralın ailəsi onun Oksana ilə evliliyinə qarşı gələrək, taxtından imtina etmək üçün təzyiqlər ediblər. Hətta cütlüklər bir neçə ay evlilik xəbərini gizlin saxlamalı olublar.

Oksananın vəkili Yevqeni Tarlonun sözlərinə görə, hələlik boşanma məsələsi rəsmi olaraq ortada yoxdur və Oksana kralın başqa birisi ilə evlənməsinə razı olmayacaq.

Onu da əlavə edək ki, kralın vəkili bu günlərdə uşağın atasının kral olmadığı barədə verdiyi açıqlamalar gündəmi zəbt etmişdi. Bəzi iddialara görə, Oksana hələ evlilikdən bir neçə həftə öncə bir televiziya kanalında yarışma proqramında iştirak edərkən, iştirakçıların biri ilə hovuzda cinsi əlaqədə olub.

Musavat.com

Загрузка...