Bu gün havanın yağmurlu keçməsi paytaxt Bakıda bir neçə qəzaya səbəb olub.

Medianews.az Avtosfer.az-a istinadla xəbər verir ki, qəzalar yüksək sürət rejimi tətbiq olunan yollarda baş verib. Həmin qəzaların videosuna baxdıqda məlum olur ki, hava və yol şəraitini düzgün qiymətləndirmirlər. Belə ki, əyləc sistemindən düzgün istifadə etməmək, ara məsafəsini düzgün seçməmək, sürət həddini aşmaq bu qəzalara səbəb olub.

Birinci qəzada “VAZ-2107” markalı avtomobilin sürücüsü qəfildən tormozloma edir. Çünki maşın idarəetmədən çıxıb yolun sağındakı dəmirlərə dəyəcəkdi. Sürücü maşını saxlaya bilsə də, arxadan gələn avtobus onu vurur. Burada avtobus sürücüsü qəzanın ağırlıq dərəcəsini aşağı salmaq üçün əlindən gələni edir.

Digər qəza görüntülərdən də aydın olur ki, minik avtomobili yüksək sürətlə hərəkət edir. Sürücü sürəti azaltmaq üçün əyləci basdıqda avtomobil idarəetmədən çıxır və saga gedərək dəmir arakəsmələrə çırpılır.

Üçüncü qəzaya da yüksək sürət səbəb olub. Sürücü sürəti azaltmaq istədikdə avtomobil yerində “oynayır” və arxası ilə yanda hərəkət edən digər avtomobilə toxunur. Daha sonra isə dəmir arakəsmələrə dəyən avtomobilin sükanını sürücü sonda saxlaya bilir.

Dörüncü qəzada “Mercedes” getdiyi yerdə idarəetmədən çıxır. Sürüşən avtomobil yerində dövrə vuraraq sağdakı arakəsmələrə dəyir və dayanır. Sürət yüksək olduğu üçün sürücü avtomobili vaxtında saxlaya bilmir.

Beşinci qəza isə birinci qəza ilə bağlıdır. Diqqətlə baxsanız görəcəksiniz ki, qəzaya düşmüş “VAZ-2107”ni yoldan çıxarmağa çalışan polislər sürücüyə kömək edirlər. Bu zaman digər avtomobillər qəza yerinə yaxınlaşdıqda sürəti azaldırlar. Lakin “Mitsubishi” markalı “pikap”ın sürücüsü sürəti azaltmadığı üçün yandakı maşına toxunaraq qəza törədir.

Загрузка...