Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin iqamətgahı yaxınlığında keçirilən əməliyyat zamanı 15 nəfər yaralanıb.
Musavat.com xəbər verir ki, bu barədə “Ria Novosti” saytı yazıb. Məlumatda yaralıların xəstəxanalara yerləşdirildiyi qeyd edilir. Yaralılar arasında 1 nəfər jurnalist və 1 nəfər təhlükəsizlik xidmətinin əməkdaşı var.
Qırğızızstan Milli Təhlükəsizlik Komitəsi isə məlumat yayaraq döyüş silahlarından istifadə edilməsi barədə xəbərləri təkzib edib. Məlumatda yalnız rezin güllələrdən istifadə edildiyi qeyd olunub.