Sosial şəbəkədə azərbaycanlı gəncin yazdığı bir şərh hər kəsi qəzəbləndirib.
Medianews.az xəbər verir ki, Nicat Paşayev adlı sosial şəbəkə istifadəçisi Cəbrayıllıları təhqir edib.
Nicat Paşayev feysbukda səhifələrin birində Cəbrayıl rayonu ilə paylaşılan videonun şərh bölməsində bu fikirləri yazıb: “Qarabağı alaq, amma Cəbrayıl qalsın. Oranın insanı ermənidən betərdi. O Xələfi stansiyası,Horovlu kəndi buraların adını çox eşitmişəm. Mənim keçmiş həyat yoldaşım o rayondan idi. 4 ildir uşaqlarıma həsrətəm. Bunlar erməni kimidi. Eynən ermənidi demək olar”.
Bu fikirləri yazdıqdan sonra Nicat Paşayev sosial şəbəkədə sərt tənqid və təhqir olunub. O, daha sonra bu fikirlərin ona aid olmadığını bildirib.
Nicat Paşayev hazırda yazdığı fikirlərə görə telefonunu və feysbuk hesabını bağlayıb.
Medianews.az