Peruda öpüşən sevgililər körpüdən düşərək ölüb.

Avtosfer.az “RenTV”yə istinadən xəbər verir ki, bədbəxt hadisə avqustun 3-ü Kusko şəhərində baş verib. Bu barədə “MailOnline” məlumat yayıb.

Məlumata görə, 34 yaşlı Meybet Espinoz və 36 yaşlı Hektor Vidal gecə klubundan evə qayıdarkən körpüdə dayanmaq qərarına gəliblər. Qız körpünün dəmir məhəccərinin üstündə oturaraq sevgilisini qucaqlayıb öpməyə başlayıb. Bu anda Meybet müvazinətini itirərək arxaya tərəf sürüşüb və Vidalı da özü ilə aşağı çəkib. Cütlük məhəccərdən tutaraq qalxmağa cəhd göstəriblər. Lakin bu onlarda alınmayıb, 15 merlik hündürlükdən maşın yoluna çırpılıblar.

Qıza hadisə yerində ölüb, Vidal isə aldığı xəsarətlərdən xəstəxanada həyatını itirib.

Загрузка...