“AZAL” təyyarəsinin tualetindən 18 ədəd telefon tapılıb.

Oxu.Az-ın verdiyi xəbərə görə, “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin tualetində 18 ədəd iPhone telefonu aşkarlanıb.

Telefonları İstanbul-Bakı reysinin pilotları tapıb.

Telefonların gizlədildiyi saxlanc yerini ayaqyoluda yaranmış nasazlıq səbəbindən aşkarlamaq mümkün olub.

18 ədəd iPhone unitazın arxasında gizlədilibmiş.

Faktla bağlı araşdırma aparılır.

Загрузка...