Bakının mərkəzində maraqlı evlilik təklifi edilib.

Bu barədə evlilik təklifi alan xanım BAKU.WS-in “qaynar xətti”nə məlumat verib.

Evlilik təklifi alan xanım Ayşən Hacıyeva bildirib ki, onunla evlənmək istəyən şəxs türkiyəli Burak Zeybekdir.

“Kəbinimiz Türkiyədə kəsilmişdi. İki ay yarım ərzində mənə evlənmək təklif edib. Mən də qəbul etmişəm. Kəbin də kəsilmişdi.

Mən həmişə deyirdim ki, evlənmə təklifi etməmisən. O da özünü günahkar hiss etməmək üçün yenilik evlilik təklif etdi. Sonradan toy olub. Toyda Azərbaycan və Türkiyənin himnləri səslənib”, – deyə Ayşən Hacıyeva bildirib.

Sevdiyi xanımın könlünü almaq istəyən bəy, evlilik təklifini Bakının mərkəzində, “Torqovı”da edib.

Evlilik təklifi ətrafda olan insanların marağına səbəb olub.

Загрузка...