Güclü külək Tovuz rayonunda elektrik enerjisinin verilməsində maneələr yaradıb.

Oxu.Az xəbər verir ki, rayonun Qovlar şəhəri, Mamed Mamedov küçəsində 370 ailənin istifadəsində olan 100 kilovatlıq transformator külək nəticəsində alışıb.

Hadisə yerinə FHN-in iki yanğınsöndürmə briqadası cəlb olunub.

Yanğın söndürülsə də, hadisə nəticəsində 370 ailə işıqsız qalıb.

Загрузка...