Qədimdən günümüzə qədər böyük və kiçik mədəniyyətlərin bir çoxu qadınlara ət və ətli qidaları yeməyi qadağan ediblər. Maraqlıdır ki, bu inanc ibtidai həyat tərzinə sahib xalqlarda daha güclü olub.

Bu və ya digər maraqlı faktları Oxu.Az-a tarixçi-alim Əkbər Nəcəf təqdim edib.

1940-cı ilə qədər Qərbdə qadınların ətlə münasibəti məhdud idi. Buna görə də 1920-ci ildən açılmağa başlayan və sürətlə yayılan böyük marketlərdə ət məhsulları satan bölmələr ən çox zərər edən yerlər hesab olunurdu.

Əsərlərini 1942-ci ildə nəşr edən Robert Hinman ve Robert Harris bu mənzərəni belə təsvir edir: “Marketlərdə zərərli olan yeganə bölümlər ət məhsulları satan bölmələrdir. Bunun səbəbi bir çox qadının ət və onun keyfiyyəti haqqında mühakimə aparacaq səviyyədə olmamasıdır. Bu işi əsasən, satıcının öhdəsinə buraxırlar”.

Maraqlıdır ki, 1940-cı ildən etibarən qadınlar və qızlar arasında ət məhsullarına kütləvi tələbatı təmin edən “McDonalds” başda olmaqla fast-food şəbəkələri olub.

Qadınlara ət yeməyi qadağan edən cəmiyyətlərə gəldikdə isə, məsələn, Solomon adalarında donuzları qadınlar saxlayıb ərsəyə gətirdikləri halda, donuz əti yemələri qadağandır. Heyvanlara atılacaq sümüklərin üstündə qalan kiçik ət parçalarını yemək üçün isə mütləq ərlərindən izin almalıdırlar.

İndoneziyada “ət yeməkləri kişilərin mülkiyyətindədir”. Hətta kasıbların belə ət yemək şansı olduğu bayramlarda ət kişilər arasında xüsusi bölşüdürülürdü.

Ekvadorda qadınların toyuq əti yeməsi qadağandır.

Hətta bəzi Asiya xalqlarında ümumiyyətlə qadınlar balıq, heyvan və quş məhsulları yeyə bilməz.

Misal üçün, Mbum Kpau qəbiləsinin qadınları toyuq, keçi, kəklik və digər ov heyvanlarının ətinə hətta əl vura bilməzlər.

Efiopiyada yaşayan Kafalar toyuq yeyən qadını cəzalandırmaq üçün onu qul kimi işlədirlər.

Valamolar qəbiləsi arasında ət yeyən qadınlar edam edilir.

Tarixdə yüzlərlə hökmdar ət yeyərkən təsvir edilib. Kral VIII Henrinin məşhur tablosunda belə hökmdar ət yeyərkən təsvir edilərkən, ətrafında dayanan altı arvadından Araqonlu Katerinin əlində alma, Mar Kontesinin əlində şalğam, Anna Boleyn əlində qara üzüm, Klevesli Annanın əlində armud, Jena Seymurun əlində göy üzüm, Katerina Hovardın əlində kök və Katerina Parrın əlində isə kələm var.

Maraqlıdır ki, 1980-ci ilə qədərki rəsmlərdə fəhlələr əsasən karbohidrat əsaslı qidalarla, qadınlar isə meyvələrlə təsvir ediliblər. Aristokratlar isə hər zaman ətli süfrələrin arxasındadır. Sanki ət yemək varlı kişi sinfinə məxsus qidadır.

“The Meat We Eat” kitabı əti “igid və qoruyucu qida” olaraq tərif edir. Kitaba görə, ət “hər zaman xoşbəxt və igid insanlara aid qidadır”.

“Meat Technology” kitabına əsasən isə “Avstraliya irqinin igidliyini bol ət yeməsi” təcəssüm etdirir.

Uzun müddət Amerikada zəncilərin ət yeməsi qadağan idi. Çünki, ağdərililərin fikrinə əsasən, ət yeyən insan üsyankar ola bilərdi.

“Aristokratlar odda qızardılmış bir dananın beynini qaşıqlayıb yeyərkən, igidliyə yaraşan bir davranış” göstərdiklərindən əmin idilər.

Qərb ədəbiyatında “virile” sözü ət yeyən oğlanın kişilik xüsusiyyətləri əks etdirən adam mənasında “vir” kökündən törəyib.

Qısaca, tarix ət yeyənləri fərdi və ictimai ölçülərdə hər zaman igid olaraq təsvir edib.

XIX əsrdən başlayaraq ət və ət yeyənləri ən sərt tənqid edən ideoloji cərəyan feminizmdir. Buna səbəb tarixin kişi məntiqində qadınla ətin eyniləşdirilməsidir.

Avropada feministləri ateizmə təşviq edən düşüncələrdən biri də “İncil”dən qaynaqlanır.

XIX əsrin ən tanınmış feministi olan Elzabeth Caty Staton “İncil”in “Leviler 6″da rast gəldiyi açıqlaması ilə dəliyə dönüb və dindən uzaqlaşıb.

Kitabda yazılır: “Odun və kömürlər, təmiz kətan örtülər, rahiblərin böyük məharətlə bişirdiyi, qadınların dadına baxması qadağan olduğu, Harun peyğəmbərin uşaqları arasında sadəcə oğlan olanların yeyə bildiyi ət var…”

Загрузка...