Ötən gün Lider Telekanalında yayımlanan “Qadınlar nə istəyir?” verlişində “Darıxan Adam” mahnısı ilə tanınan gənc müğənni Nərgiz Təhməzli qalmaqallı açıqlama verib.
BAKU.WS xəbər verir ki, sosial şəbəkələrdə izləmə rekordu qıran müğənni yeni başlayan vaxtlarda tanınmış şəxs tərəfindən aldadıldığını deyib.
Nərgiz Təhməzli bildirib ki, adını çəkmək istəmədiyi tanınmış bir müğənninin ondan külli miqdarda ödəniş alaraq onu tanıdacağına söz verdiyini desə də, verdiyi sözün üstündə durmayıb.
Həmin şəxslə adının bir cümlədə hallanmağını istəməyən Nərgiz Təhməzli bu sahəyə yeni başlayan həmkarlarına ayıq olmağı məsləhət görüb.