Rusiyada hərbi hissələrin birindəki silah-sursat anbarında yanğın baş verib.

BAKU.WS xəbər verir ki, hadisə Krasnoyarsk diyarının Açinsk rayonunda qeydə alınıb.

Yanğın zamanı 125 və 152 millimetr kalibrli 40 mindən çox sursat partlayıb.

Rusiya Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Dairəsinin mətbuat xidməti açıqlayıb ki, anbardakı yanğının lokallaşdırılması üçün zirehli texnikalar da yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanan anbarın 20 kilometr radiusundakı əhalinin təcili evakuasiyasına başlanılıb.

Загрузка...