Aparıcı Fira (Firuzə Cəlilova) reklam çəkilişi zamanı çətinliklə üzləşib.

BAKU.WS xəbər verir ki, güclü küləyin təsirindən hündürlükdən asılmış böyük ölçülü xalçalar aparıcıya yerindən dayanmağa mane olub.

Fira ona mane olan xalçalara belə etiraz edib: “Mənimlə dalaşırlar. Mən buna tab gətirə bilmirəm, bu nədir?! Heç ərim məni döymür, sənə nə olub?”.

Aparıcı sözügedən görüntüləri paylaşarkən “Dil tapa bilmədik” yazaraq çəkilişin təxirə salındığını qeyd edib:

Загрузка...