İzmirdə insanlıqdan kənar hərəkət: ata iki yaşlı körpəni təpiklədi - VİDEO

Türkiyənin İzmir şəhərində insanlıqdan kənar hadisə hər kəsi dəhşətə salıb.

“Sabah” xəbər verir ki, bir kişi körpə uşağı əlindən yerə ataraq ardınca onu təpikləyib və sillələləyib.

Hadisə İzmirin Bolçova bölgəsindəki ticarət mərkəzlərindən birində baş verib.

Deyilənə görə, uşaq iki yaşındadır, ona şiddət tətbiq edən şəxs isə atasıdır.

Sözügedən valideyn polis şöbəsinə çağırılsa da, sonradan sərbəst buraxılıb.

Загрузка...