Almaniyada yaşayan suriyalı miqrantlardan biri eyni evdə yaşayan tanışını küçənin ortasında xəncərlə doğrayıb.

BAKU.WS xəbər verir ki, hadisə Almaniyanın Ştutqart şəhərində qeydə alınıb.

Yerli KİV-in məlumatına görə, qurban əslən Qazaxıstandan olan 36 yaşlı alman olub.

Bildirilir ki, qurban və saxlanılan şəxs əvvəllər bir mənzili kirayəyə götürüblər. Onlar arasında mübahisənin hansı səbəbdən yarandığı məlum deyil.

Bəzi məlumatlara görə, qatil hücumdan əvvəl qışqırıb ki, “Sən niyə belə elədin”. Almaniya polisi açıqlayıb ki, vertolyotun köməyi ilə şübhəli şəxs saxlanılıb.

Загрузка...