Şamaxıda ağır avtomobil qəzası baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Şamaxı – Pirqulu yolunun Nağaraxana kəndinin içində qeydə alınıb.

“Mustang” markalı minik avtomobili ilə “VAZ 2107” markalı avtomobil toqquşub, nəqliyyat vasitələrindən biri dərəyə yuvarlanıb, digəri isə yolun kənarına aşıb.

Qəza nəticəsində “VAZ 2107” markalı avtomildə olan sərnişinlər – Şamaxı sakinləri, 1991-ci il təvəllüdlü Güləliyev Rauf Ağagül oğlu, onun həmyerlisi, 1968-ci il təvəllüdlü Beydiyev Yaşar Ağasən oğlu və 1995-ci il təvəllüdlü Qəhrəmanov Cavanşir Mətləb oğlu müxtəlif bədən xəsarətləri  ilə Şamaxı Rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Onlardan R.Güləliyevin vəziyyəti həkimlər tərəfindən nisbətən orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Загрузка...