Şamaxı rayonunun Sabir qəsəbə sakini, avtomobil qəzası zamanı ağır kəllə-beyin travması alan və 20 gün komada qalan 14 yaşlı Ruzi Həmidov Heydər Əliyev Fondunun dəstəyi ilə müalicədən sonra yenidən həyata qayıdıb. 

“Qafqazinfo” xəbər verir ki, Ruzi Həmidov may ayının 2-də Şamaxıda baş vermiş avtomobil qəzası nəticəsində ağır kəllə-beyin travması almışdı. İlkin olaraq  Bakı şəhərində xəstəxanaya yerləşdirilən yeniyetmə daha sonra müalicə və reabilitasiya kursunun davamı üçün Turkiyəyə aparılmışdı.

Həkimlər Ruzi Həmidovun 2 aylıq əməliyyat və müalicəsinin uğurla başa çatdığını bildirir. Artıq Azərbaycana qayıdan Ruzi bundan sonra reabilitasiya dovründə müəyyən fizioterapiya və digər bərpaedici kursu qəbul edəcək.

Qəzaya düşən 14 yaşlı Ruzi 20 gün sonra komadan oyandı - Fotolar
Qəzaya düşən 14 yaşlı Ruzi 20 gün sonra komadan oyandı - Fotolar

Загрузка...