Bu gün Rusiyanın Kirov vilayətinin Şabalin rayonunda yerləşən istixanada yanğın baş verib.
APA-nın məlumatına görə, azərbaycanlı iş adamı Əlibəy Nağıyevə məxsus istixanada baş vermiş yanğın nəticəsində Quba rayonundan olan 4 nəfər Azərbaycan vətəndaşı və əslən Şəmkirdən olan 1 nəfər Rusiya vətəndaşı ölüb.
Tərəvəz məhsullarının yetişdirildiyi istixanadakı yanğının qısaqapanma nəticəsində baş verdiyi bildirilir.
Hadisə gecə saatlarında baş verdiyi üçün ölənlər yatılı vəziyyətdə olublar.
Ekspertiza nəticəsində iki nəfərin meyiti tanınıb.