Şamaxı rayonu relyefinə və təbiətinə görə Azərbaycanın turizm potensialı yüksək olan bölgələrindəndir. Rayonun paytaxta yaxın olması turistlərin seçiminin əsas səbəbidir.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, burada Pirqulu qəsəbəsi, yeni salınmış Safari parkı son zamanlar ən çox ziyarət edilən məkanlardandır.

Əsasən həftəsonu gələn qonaqların sayının çoxluğu hotellərdə yerlərin azlığına səbəb olur. Qiymətlər isə müxtəlifdir. Bir günlük istirahət 40-120 manat civarında başa gəlir. Səhər yeməyi də daxil olmaqla, bir otaq 40 manat, iki otaq 50 manat, üç otağı isə 100 manata kirayə etmək mümkündür.

Qeyd edək ki, bu ilin altı ayı ərzində rayona 41 983 turist gəlib. Onlardan 7840 nəfəri xarici ölkə vətəndaşıdır.

Загрузка...