Birləşmiş Ştatlarda gələn il keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasının namizədi olmaq istəyən 10 siyasətçi canlı yayımda müzakirəyə qatılıb.

BAKU.WS xəbər verir ki, CNN kanalında yayımlanan və Miçiqan ştatının Detroyt şəhərində baş tutan debatda Sanders və Uorren arasındakı mübahisə daha qalmaqallı olub.

Miqrant siyasəti, səhiyyə sistemindəki islahat, partiyanın ideoloji kursu və Əfqanıstandan qoşunların çıxarılması kimi məsələlər demokratların əsas müzakirəsinə çevrilib.

Debatda prezident namizədi olmağa əsas siyasətçilərdən sayılan Vermont senatoru Bernie Sanders, Massaçusets senatoru Elizabet Uorren, Montana qubernatoru Stiv Bullok, İndiana South Bend meri Petya Buttigieg, keçmiş konqresmen Con Delaney, sabiq Kolorado qubernatoru Con Hickenlooper, Minnesota senatoru Amy Klobuchar, keçmiş konqresmen Beto Orourke, Konqres üzvü Tim Ryan və yazar Marianna Williamson iştirak ediblər.

2 saat 45 dəqiqə davam edən canlı yayımda 18 dəqiqə söz haqqı Uorrenə, 17 dəqiqə isə Sandersə verilib. Daha çox iki siyasətçinin müzakirəsi daha aqressiv və etirazlarla müşahidə olunub.

Загрузка...