Rusiyanın paytaxtı Moskvada çamadanda cəsədi tapılan 24 yaşlı məşhur qadın blogerin qatili yaxalanıb.

BAKU.WS-in Moskva bürosu xəbər verir ki, qətldə şübhəli bilinən şəxs ifadəsində Yekaterinanı qətlə yetirdiyini etiraf edib:

“O, dəfələrlə məni təhqir edib. Kasıb olduğum üçün mənə gülürdü. Cinsi potensialımı ələ salıb və məni alçaldırdı. Buna tab gətirmədim. Döş və boyun nahiyələrindən 5 bıçaq zərbəsi endirdim”.

Saxlanılan gənc peşman olduğunu və istintaqla əməkdaşlıq edəcəyini açıqlayıb.

Qeyd edək ki, 80 min nəfərlik auditoriyası olan blogerin cəsədi iyulun 27-də Pırıeva küçəsində kirayə qaldığı evdə çamadanda tapılıb.

Загрузка...