Azərbaycanda da fəaliyyət göstərən “Özkaya Group” şirkətinin prezidenti Osman Gezeker vəfat edib.
BAKU.WS xəbər verir ki, türk iş adamı bu gün səhər saatlarında uzun müddətdir müalicə aldığı Ankara Dövlət Xəstəxanasında həyatla vidalaşıb.
Onun nəşi xəstəxanadan çıxarılarkən izdiham yaşanıb.
Qeyd edək ki, Osman Gezeker Azərbaycanın sabiq prezidenti, ulu öndər Heydər Əliyevlə yaxın dostluq münasibəti ilə də tanınırdı.