İşğalçı Ermənistan ordusu Qarabağda itki verib.
Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib ki, məhv edilən 1995-ci il təvəllüdlü Arman Bulqadaryandır. Onun təmas xəttinin şimal-şərq istiqamətində öldürüldüyü açıqlanıb. MN sözçüsü deyib ki, hərbçi Azərbaycan tərəfdən açılan atəş nəticəsində məhv edilib.
Erməni ordusunun digər əsgəri isə 27 iyulda, saat 11 radələrində güllə yarası alıb. Adı açıqlanmasa da, İrəvan hərbçinin yaralandığını etiraf edib.