İyulun 28-də Pirşağı çimərliyində batan 4 nəfərdən 2-sinin cansız bədəni tapılıb.
Musavat.com xəbər verir ki, dənizdə batan 4 nəfər dost olub. Onlar Sabunçu rayonu Kürdəxanı kənd sakinləridir.
Məlumata görə, onlardan ikisinin meyiti hadisədən bir neçə dəqiqə sonra çıxarılıb. Onların cənazəsi ailə üzvlərinə təhvil verilib.
Pirşağı çimərliyində batan 4 nəfər dostun qalan ikisinin də meyiti səhər saatlarında sudan çıxarılıb.
Əldə etdiyimiz məlumata görə dünyasını dəyişən gənclərin yanında daha 3 dostu olub. Onların hamısı eyni anda boğulmaq təhlükəsi ilə üz-üzə qalıblar. 3 nəfər dənizdən çıxa bilsə də, 4 nəfər suda boğulub.
Mərhumlardan ikisi nişanlı olub, bir nəfərin isə 2 gün əvvəl toyu olubmuş.
Qeyd edək ki, dünən Bakıda ümimi 6 nəfər nəzarətsiz çimərliklərdə boğularaq dünyasını dəyişib.