Bakının Binəqədi rayonunda avtoşluq edən “Zaparojets” markalı avtomobili qəzaya uğrayıb.
Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər. Bildirilir ki, Binəqədi qəsəbəsi ərazisində yüksək sürətlə hərəkətdə olan “Zaparojets” markalı maşının sürücüsü təhlükəli manevrlər edib.
Nəticədə “zapı” yolu dönmək istəyən “Mercedes” markalı maşın çırpılıb.
Qəza nəticəsində “Zaparojets”in sürücüsü xəsarət alıb.