Bakıda fəaliyyət göstərən “Boranı” restoranının müştəriləri onlara iki fərqli menyunun təqdim edilməsindən şikayətçidirlər.

“Qafqazinfo”ya müraciət edən müştəri bildirib ki, “Tarqovı”da təqdim edilən həmin menyularda eyni yeməklərin qiymətləri arasında 1-2 manatlıq fərq var. Şikayətçi qeyd edib ki, bu haqda ofisianta irad bildirən zaman o, menyunun birinin köhnə, digərinin yeni olduğunu deyib.

Restoranın administratoru Nicat Ağayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, “Boranı”nın filiallarında qiymətlər fərqli olur: ““Tarqovı” filialında qiymətlər Əhmədli filialındakından yüksəkdir. Çox güman ki, menyular paylanılarkən Əhmədlidəki filiala 1-2 dənə “Tarqovı” filialının menyusu verilib. Ofisiantlar da bilmədən həmin menyunu müştəriyə təqdim ediblər. Amma Əhmədli filialında qiymətlər “Tarqovı”dakı ilə eyni hesablana bilməz. Çünki proqramlaşdırma sistemində hər filial üçün qiymətlər müəyyənləşdirilib və orada hesabı ofisiant yox, kassa aparatı hesablayır və qəbz çap edir. Ofisiant isə sadəcə həmin qəbzi müştəriyə təqdim edir”.

Загрузка...