Rusiyalı müğənni Olqa Buzova “Jara” beynəlxalq musiqi festivalında çıxış edib.
Festivalın ilk günü bitdikdən sonra baş tutan əyləncədə O.Buzova Azərbaycan rəqsi oynayıb.
İfaçı görüntülərdə onunla rəqs edən şəxsin belinə minmək istəyib.
O, sözügedən videonu, “Gözlənti və reallıq. Qucağa istəyirsən və saxlaya bilmirlər” şərhi ilə paylaşıb. Həm də iki saat yatdığın halda rəqs etməyə cəhd edirsən və başa düşürsən ki, daha gücün yoxdur”.